"Heç bilirsiniz mən kiməm?! Peşiman edərəm sizi": polisləri


Dünya 28 Apr 2021 10:05:00 147 0

"Heç bilirsiniz mən kiməm?! Peşiman edərəm sizi": polisləri

ABŞ-ın Miçiqan ştatında polislər yol-nəqliyyat qəzası törətməkdə şübhəli bilinən sərxoş sürücünü saxlayıblar.

Həmin şəxs ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, Miçiqan ştatından seçilmiş demokrat konqresmen Cuell Cons olub.

Son.az bidirir ki, 26 yaşlı C.Cons ştatdakı Faulervill şəhərciyinin yaxınlığında, İ-96 şossesində qəzadan sonra saxlanılıb.

Polis zabitləri konqresmendən sürücülük vəsiqəsini və sənədlərini göstərməyi tələb ediblər.

Qaradərili Cuell Cons isə kobud və aqressiv davranıb, polislərə söyüb, vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə çalışıb.

"Heç bilirsiniz mən kiməm?! Peşiman edərəm sizi! Dövlət nümayəndəsiyəm!" söyləyən konqresmen Miçiqan ştatının qubernatoru Qrethen Uitmerə zəng vurmağa çalışıb.

Səbr kasaları dolan pollis zabitləri konqresmeni çıxaraq onun qollarını qandallayıblar. Müqavimət göstərən Cuellə qarşı polislər elektroşokerdən və istiot balonundan istifadə ediblər.

Polis idarəsinə aparılmış C.Consdan götürülmüş analizlər onun qanında alkoqol miqdarının 0,19 faiz olduğunu göstərib. Bu isə Miçiqan ştatının yerli qanunvericiliyində təsbit edilmiş normadan 2 dəfə artıqdır.

Konqresmen Cuell Cons avtomobili sərxoş vəziyyətdə idarə etməkdə, polis zabitlərinə maneələr yaradaraq müqavimət göstərməkdə, sərxoş vəziyyətdə odlu silah gəzdirməkdə və s. ittiham olunur.

ABŞ Demokrat Partiyasının üzvü olan Cuell Cons 2016-cı ildə Miçiqan ştatından Nümayəndələr Palatasına seçilib. O, ştatın 11-ci dairəsini təmsil edir.

2018-ci ilin mayın 26-da C.Cons sürət həddini aşmaqda və avtomobilin nömrə nişanını çirkli saxlamaqda suçlanaraq saxlanmışdı.