Qardaşı Mətanəti niyə öldürmək istədi? “Bıçağı göstərib dedi ki, başını kəsərəm”


Şou-biznes 27 Apr 2021 13:49:00 168 0

Qardaşı Mətanəti niyə öldürmək istədi?  “Bıçağı göstərib dedi ki, başını kəsərəm”

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı müğənni Mətanət Əsədova olub. Son.az xəbər verir ki, məşhur ifaçı illər öncə qardaşının onu ölümlə hədələdiyini etiraf edib: "Orta məktəbdə oxuduğum zamanlar idi. Bir gün direktorumuz mənə dedi ki, Əsədova, müəllimlər evinə get. Şövkət Ələkbərova gəlib. Müsabiqə keçirilir. Getdim, oxudum. Rayonlar arasında 25 tələbənin içərisindən mən seçildim. Dedilər get evə hazırlaş, Bakıya gedirsən. Müəllimlər evində çıxıb evə gedəndə qardaşım məni yaxaladı. Artıq ona xəbər vermişdilər. Mənə dedi ki, dərsdə olmalısan, burada nə işin var? Dedi ki, bu əlimdəki bıçağı görürsən? Sənin başını kəsərəm. O fikri beynindən at. O zaman məni getməyə qoymadı, amma illər sonra həmin qardaşım məni müğənniliyə gətirdi".