Mərdlik və igidlik nümunəsi


Digərləri 27 Apr 2021 11:04:00 130 0

Mərdlik və igidlik nümunəsi

Amin Rzayev döyüşdə göstərdiyi şücaətə görə iki medalla təltif olunub

Son.az Real TV-ə istinadən bildirir ki, Vətən müharibəsində iştirak edənlər mərdlik və igidlik nümunəsidir. Sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində düşmən gülləsinə mərdliklə sinə gərən oğullarımızdan biri də Amin Rzayevdir.

Rzayev Amin Qurban oğlu 2000-ci il yanvarın 1-də Gədəbəy rayonunun Çobankənd kəndində doğulub. 2007-ci ildə həmin kənddə orta məktəbə gedib 2018-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yola düşüb.

Amin Rzayev ötən ilin iyul ayında Tovuz istiqamətində gedən döyüşlərdə də iştirak edib. O, Vətən müharibəsi başlamamışdan əvvəl bacısıgilə gedərək bacısı qızının ad günündə iştirak edəcəyinə də söz vermişdi.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Amin Rzayev ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. 2020-ci ili oktyabrın 1-də şəhadətə ucalan Amin Rzayev Gədəbəy rayonunda dəfn olunub. Qeyd edək ki, Aminin digər qardaşı da vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib, hazırda o xidmətini davam etdirir.