20 yanvar küçəsindəki qüsur aradan qaldırıldı


Digərləri 26 Apr 2021 13:14:00 161 0

20 yanvar küçəsindəki qüsur aradan qaldırıldı

Sosial şəbəkələrdə 20 Yanvar küçəsi ilə Asif Məhərrəmov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində qüsurun olması ilə bağlı məlumat yayılmışdı.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Son.az-a verilən məlumata görə, AAYDA-nın aidiyyəti şöbəsi tərəfindən nəzarətə götürülmüş problem qısa müddət ərzində aradan qaldırılıb.

Qeyd edək ki, ərazidə olan dekorativ kolluqlar parkın ərazisindəcə 10 metr kənara köçürülərək yenidən əkilib.