Hindistanda koronavirus xəstəxanasında faciə


Dünya 24 Apr 2021 13:34:00 112 0

Hindistanda koronavirus xəstəxanasında faciə

Hindistanın paytaxtı Dehlidə koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada oksigen çatışmazlığından 25 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə xəstəxananın baş həkimi bildirib.

Onun sözlərinə görə, xəstəxana üçün nəzərdə tutulmiş 3,5 ton həcmində oksigen günorta saatlarında gətirilməli olsa da, yalnız gecəyarısı çatdırılıb.

Oksigen ehtiyatları çatana qədər xəstələr həyatını itirib. Hazırda xəstəxanada kritik vəziyyətdə olan 215 xəstənin müalicəsi davam edir.