41 il sonra ünvana çatan məktub


Dünya 24 Apr 2021 10:22:00 122 0

41 il sonra ünvana çatan məktub

Rusiyanın Kemerova şəhər sakini ona ünvanlanan məktubu 41 il sonra əldə edib.

Son.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə REN.TV məlumat yayıb.

Belə ki, Valeri Yakupov 1980-ci ildə dayısının yoldaşına məktub yazaraq hərbi xidməti tezliklə bitirib evə qayıdacağını bildirib.

Məktub köhnə ünvana gedib, bu müddət ərzində Lyudmila Muravyova yaşayış yerini və soyadını dəyişib. Onun yeni ünvanını isə məktub çatan evin yeni sahibi sosial şəbəkələr vasitəsilə tapıb.

Muravyova deyib ki, məktubu alanda şoka düşüb və əvvəlcə buna inanmayıb. O keçmişdən gələn məktubu oxuyan kimi illərlə görmədiyi qohumuna zəng edib.

Belə bir hadisənin 21-ci əsrdə baş verməsi təəccüb doğurub. Rusiya Poçt İdarəsindən bildiriblər ki, faktla bağlı daxili araşdırma aparılır.