Salatın Əsgərovanın oğlu nazirlikdəki işindən ayrıldı


Digərləri 24 Apr 2021 10:28:00 144 0

Salatın Əsgərovanın oğlu nazirlikdəki işindən ayrıldı

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov işindən ayrıldığını bildirib.

Son.az bildirir ki, C.Əsgərov yeni layihə üzərində çalışdığını açıqlayıb.   Qeyd edək ki, Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz" radiosunda siyasi şərhçi, "Türk El" telekanalında baş direktor, CBC kanalında "Xəbərlər" redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat katibi işləyib.

O, şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur.