Bakıda tikinti şirkəti vətəndaşların həyatı üçün təhlükə yaradır


Digərləri 22 Apr 2021 11:34:00 122 0

Bakıda tikinti şirkəti vətəndaşların həyatı üçün təhlükə yaradır

Bakıda aparılan tikinti işləri vətəndaşların həyatı üçün təhlükə yaradır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Mehdi Mehdizadə küçəsindən gedir.

Tikinti aparılan əraziyə nə xəbərdarlıq nişanı qoyulub, nə də hər hansısa xətt çəkilib.  Xüsusilə, bugünkü küləkli havada yaşayış binasından düşən hansısa tikinti materialı vətəndaşın zərər görməsi, hətta həyatını itirməsi ilə nəticələnə bilər.

Vətəndaşlar bildirirlər ki,  tikintidən ehtiyat edərərək səkidən yola düşmək məcburiyyətində qalırlar. Bu zaman digər bir təhlükə ilə qarşılaşırlar.

Çəkiliş zamanı rastlaşdığımız iş icraçısı Mahir Mahmudov vəd edib ki, yaxın günlərdə bu problem həll olunacaq.

Fövqəladə Hallar Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada isə qeyd olunub ki, həmin ünvanda araşdırma aparılır.