Körpələrin şirin yatması haqqında…


Digərləri 20 Apr 2021 23:55:00 187 0

Körpələrin şirin yatması haqqında…

Bu sualın cavabı çox sadədir, onlar gecə yuxudan oyanmağı sadəcə kəşf edib və bu kəşf onların doğal istəyindən irəli gələn amildir, belə ki, bütün körpələrin anadan olandan sonra xarici mühitə öyrəşməsi müəyyən vaxt istəyir. Körpənin xarici mühitə öyrəşməsi əslində onun valideynlərinə, özəlliklə anasına isinişməsi ilə başlayır. Bütün varlığı ilə anaya bağlı olan körpəni tək yatmağa öyrətmək birdən-birə baş vermir bu tədricən olmalıdır.

Körpə anadan olarkən onu xarici mühitə öyrətmək üçün özümüzə alışdırırıq. Lakin , elə ilk günlərdən körpənin ana ilə və ananın qucağında yatmaq ehtiyacına baxmayaraq, ana yuxuya gedərkən çağanı qoynunda saxlamamalıdır. Burada ana nə qədər ayıq yatmağa cəhd etsə də, yuxuya getdikdən sonra hələ özünü müdafiə etməyi bacarmayan körpəni yuxu havasına boğmaq ehtimalı var.

Həyatının ilk aylarının valideynlərin özəlliklə intensiv qida vaxtından asılı olaraq, süd əmərkən ananın qucağında keçirən körpə, təxminən beş aylığından etibarən artıq gecələr özü yatmağı məşq etməli və buna öyrənməlidir. Uşaq gecələr tək və sərbəst yatmağa öyrənməzsə, dərin yuxuya getmədən ara-sıra oyanıb ağlayacaq və kontakt istəyəcək. Nəticədə, valideynləri oyadaraq gecə yuxusunu onlara da haram edəcək. Valideynlər dərin yuxuya getmədən tez-tez oyanıb uşağın qulluğunda dayanacaqlar.

Uzun müddət dərin yuxuya həsrət qalan valideynlər özləri də bilmədən xroniki yorğunluq keçirəcək. Nəzərə alsaq ki, çağdaş və modern toplumun insanlardan tələbləri xeyli artmışdır, yəni hər kəs işləməli, ictimai kontaktda olmalı, toplumda məsuliyyət qəbul etməlidir. Bütün bunlar insanlardan sosial münasibətdə gülər üz və kifayət qədər aktiv olmağı tələb edir. Gecə yuxusuzluğu və yaxud dərin yuxuya getmədən gecəni səhər etmək valideynlərin həyat tərzinə, iş qabiliyyətinə və sosial münasibətlərinə mənfi təsir etməklə yanaşı körpə ilə münasibətdə də, özünü göstərəcək. Körpə bunu valideynlərin ona yanaşma tərzindən, üzlərinin cizgisindən, səs tonlarından və başqa davranış tərzindən duyacaq. Körpə istər istəməz duyacaq ki, valideynləri " özləri " kimi çıxış etmir, burda bir qeyri adilik var və bu körpənin uşağın yeni başlanmış həyatında ciddi sarsıntıya nədən olub onun inkişafında ciddi mənfi iz buraxa bilər. Bütün bunlar baş verməsin deyə körpənin doğal istəyindən dolayı olsa da, onun tək və sərbəst yatmağa öyrənməsi lazımdır.

Bütün araşdırmalar göstərir ki, uşaq tək yatmağa tez öyrənir və bu iş uşağın həyatına və sağlamlığına heç bir təhlükə yaratmır və zərərli deyil. Uşağın gecələr vaxtsız-vədəsiz və ara-sıra oyanması valideynlərdən əlavə onun öz sağlamlığına da ziyanlıdır. Hər şeydən əvvəl bütün gecəni alsız-qalsız tək və sərbəst yatmağa öyrənən uşağın özünə inamı artır və həyatda özgür yaşamağı məşq edir. Bu uşaqlar utancaq olmur və fikirlərini sərbəst etmək qabiliyyətinə malik olurlar. Tək yatmağa öyrənmiş uşaqların dərin yuxuda müddəti çox olur.

Uşağın hərtərəfli inkişafında və özəlliklə boyunun artmasında əsas rol oynayan boy artımı hormonu yalnız, körpə dərin yuxuya getdikdə ifraz olunur, körpənin dərin yuxuya getməsi bu hormonun ifrazı üçün də önəmlidir. Bunlardan başqa gecəni oyanmadan rahat yatmış uşaq səhər yuxudan qalxarkən şad, hövsələli, gümrah və aktiv olur. Belə uşaqların iştahası da yaxşı olur və yeməklərini müqavimətsiz yeyirlər.

Qeyd edim ki, körpənin gecələr oyanması valideynlərin və yaxud körpənin təqsiri deyildir. Bu hər şeydən əvvəl kültürəl bir problemdir.

Bu problemin aradan qaldırması üçün nə etmək lazımdır ?

Bu mövzuya keçmədən öncə bir neçə kəlmə yuxu haqqında qeyd edək: İnsan yatarkən yuxunun ağırlıq dərəcəsi, yatma müddətindən asılı olaraq dəyişir. Dərin yuxuya getmiş insanın orqanizmi tamamilə yuxuya təslim olur və dincəlir. Orqanizmin fəaliyyəti bütün sahələrdə dayanır və hissi duyğu orqanları bütünlüklə qapanmış vəziyyət alır. Səthi və yaxud yüngül yuxu ərəfəsində isə orqanizmin bütün orqanları dincəlsə də, sinir sistemi aktiv olur. Sinir sisteminin aktivliyinin nəticəsindədir ki, misal üçün insan yuxu görür. Buna görə də, dərin yuxuya getmiş insan, yüngül yuxuda olan insandan daha gec ayılır. Yaşlı insanlarda dərin və yüngül yuxu fazaları təxminən 90 dəqiqə çəkir. Bu müddət körpələrdə və azyaşlılarda 1 saata qədərdir.