Bakıda şirkətin ofisində yanğın baş verib FOTO


Digərləri 20 Apr 2021 23:02:00 158 0

Bakıda şirkətin ofisində yanğın baş verib  FOTO

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə 28 may küçəsi, 4 a ünvanında yerləşən binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Üçüncü mərtəbədə yerləşən şirkətlərin birinə məxsus ofisdə yanğın başlayıb. Hazırda əraziyə FHN-in 4 texnikası və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib.

Hazırda yanğın lokallaşdırılıb.

FHN-dən verilən məlumata görə, yanğına səbəb elektrik qısaqapanması olub.