Qaribaşvili koronavirusdan sağalıb


Dünya 20 Apr 2021 17:39:00 125 0

Qaribaşvili koronavirusdan sağalıb

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili koronavirusdan sağalıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İ. Qaribaşvili özünü yaxşı hiss edir və gündəlik fəaliyyətinə qayıdacaq.

Qeyd edək ki, İ. Qaribaşvilinin yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxması aprelin 6-da təsdiqlənib.