Şərəfli hərbi xidmət


Digərləri 20 Apr 2021 12:14:00 272 0

Şərəfli hərbi xidmət

Şəhid Orxan Teymurlunun ailəsi REAL-a danışır

Son.az Real TV-ə istinadən bildirir ki, bu dağların qoynundan Vətənin müdafiəsinə yollanıb torpaq olan neçə-neçə qəhrəmandan biri də Orxan Teymurludur.

Orxan 1996-cı il iyulun 27-də Gədəbəy rayonunun Şınıx bölgəsində - Fərzalı kəndində doğulub.Sumqayıt Dövlət universitetini bitirib.Hərbi xidmətinin bitməsinə 3 gün qalmış müharibə başlayıb.

Top-tüfəng səsiylə böyüyən Şəhidimiz üçün bu heç də qeyri-adi hal deyildi. O, Hadrut, Suqovuşan istiqamətindəki döyüşlərdə şücayət göstərib. Lakin 8 oktyabrda Ağdərə istiqamətində gedən döyüşlər Orxanın son mübarizəsi oldu...

Babası deyir ki, Orxan Birinci Qarabağ döyüşlərindən bu yana müharibələr görmüş kənddə, ailədə böyüdü.

Suqovuşanda, Hadrutda xüsusi qəhrəmanlıqlarıyla seçilən Orxan Teymurlu ölümündən sonra "Vətən Uğrunda"medalı ilə təltif olunub.

Son.az