Hokkaydo adasında qeyriadi ekoloji otel


Digərləri 19 Apr 2021 21:25:00 141 0

Hokkaydo adasında qeyriadi ekoloji otel

Eksperimental ekoloji layihələrin yaradılması üzrə ixtisaslaşmış beynəlxalq "LEAD" memarlıq və dizayn studiyası Yaponiyanın Hokkaydo adasının dağlarında inşa edilməsi planlaşdırılan eko-otelin layihəsini təqdim edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qeyri-adi eko-otelin divarları tam şəffafdır. Otelin qaya çıxıntılarına inteqrasiya edilməsi turistlərin də bu gözəl mənzərəyə marağını artırıb.

Layihə müəlliflərinin fikrincə, ilk baxışda həm də daxmanı xatırladan otel gündəlik problemlərdən tamamilə uzaqlaşmaq üçün ideal bir yer olacaq. Sadə olmaqla yanaşı, yapon ənənələrinə uyğun düzəldilən otaqda insanlardan, telefon və internetdən, bir sözlə sivilizasiyadan uzaq olmaq üçün ideal şərait yaradılıb.