Öskürək 3 dəfədən çox davam edirsə... Həkimdən XƏBƏRDARLIQ


Digərləri 19 Apr 2021 20:20:00 157 0

Öskürək 3 dəfədən çox davam edirsə...  Həkimdən XƏBƏRDARLIQ

"Üç həftədən çox davam edən öskürək astmanın xəbərçisi ola bilər".

Son.az sfera.az-a istinadən xəbər verir ki, bunu türkiyəli həkim Dr. Fulya Gürkan deyib.

O bildirib ki, həftələrlə davam edən öskürəyə laqeyd yanaşma ciddi fəsadlara yol açır:

"Astmanın meydana gəlməsində həm genetik, həm də ətraf ünsürlərinin rol oynayır. Əgər bir valideyn astma xəstəsidirsə körpə yüzdə 20-30, həm ana və həm də ata eyni xəstəliyə düçar olublarsa yüzdə 60-70 nisbətində astmalı ola bilər".