"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın investisiya yatırıb


Digərləri 19 Apr 2021 19:04:03 109 0

"MOL Group" AÇG yataqlar blokuna 120 milyon dollara yaxın investisiya yatırıb

Macarıstanın "MOL Group" şirkəti 2020-ci maliyyə ilində "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi layihəsinə 36 milyard Macarıstan forinti və ya 119,5 milyon dollar məbləğində əsaslı investisiya yatırıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, həmin məbləğ tam şəkildə "Azəri-Çıraq-Günəşli" blokunun işlənməsinə yönəlib. Şirkətin blok üzrə digər xərcləri 0,2 milyard forint və ya 66 479 dollar təşkil edib.

"MOL Group" "Azəri-Çıraq-Günəşli" blokunda payın satın alınması üzrə sazişi 2020-ci ilin aprelində imzalayıb.