“Heç nə düşünmədən şirin qabağına atıldım” Dəhşətli olayın qəhrəmanı FOTO


Digərləri 19 Apr 2021 17:02:00 151 0

“Heç nə düşünmədən şirin qabağına atıldım”  Dəhşətli olayın qəhrəmanı  FOTO

-Təşəkkür edirik, cavan oğlan. Belə oğula görə çox sağ ol, Azərbaycan xalqı;

-Əziz qardaşımız, sən özün bir şirsənmiş;

-Afərin. Başqa cür necə ola bilərdi? Axı o azərbaycanlıdı;

-Sən əsil kişisən...

Son.az lent.-az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalılar yazırlar sosial şəbəkələrdə. Azərbaycanlı, əslən Sabirabaddan olan Raqif haqqında. O Raqif ki bir anın içində etdiyi hərəkətlə Ukraynada günün mövzusuna çevrilmişdi.

Bayaq dedik, əslən Sabirabaddandı. Yolçubəyli kəndindən. Uzun müddət Ukraynada, Kiyevdə yaşayıb. Özünə kiçik biznes qurub. Evlənib, iki uşağı da var.

Elə hadisə də Kiyevdə baş verib.

Şəhər kənarındakı Brovarı stansiyasında elektrik qatarı gözləyirmiş. Əslində təsadüf onu Brovarıya aparıb çıxarıbmış. Bir yaxın dostu stansiyanın yaxınlığında meyvə-tərəvəz satışıyla məşğul olurmuş. Onu görməyə gəlibmiş.

Yaxşısı odur ki, ardını qoy özü danışsın:

- Bir az dərdləşdik dostumla. Sağollaşıb stansiyaya tərəf getdim. Çünki bir azdan elektrik qatarı gələcəkdi. Əslində bura gələndə də, çıxıb gedəndə diqqətimi səyyar sirk ustaları cəlb etmişdi.  Stansiyanın yaxınlığında bir neçə yerdə alabəzək çadırlar qurmuşdular. Görünür elə ətrafdakı meydanda da çıxış edirdilər. Düzü, ürəyim istədi ki, qalım tamaşalardan birinə baxım. Amma şəhərdə işim vardı, mütləq qayıtmalıydım.

Amma Raqifin hardan ağlına gələrdi ki, o, həmin gün  Kiyevə gedə bilməyəcək. Çünki elə bir hərəkət edəcəkdi ki...

- Mən haradasa əlli metr uzaqlıqda idim. Sirkin çadırlarının bir tərəfində volyerlər vardı. Müxtəlif heyvanların saxlandığı volyerlər. Amma maraqlısı odur ki, volyerlərin çərçivələri çox aralıydı. İnsanlar səyyar kassaya yaxınlaşıb bilet alır, tamaşanın başlanmasını gözləyirdilər. Bir gənc ana da iki uşağıyla bilet alıb gözləyirmiş. Bu vaxt onun oğlu anasının diqqətindən yayınıb nəhəng bir şirin olduğu volyerin içinə girmişdi. Mən dəhşətli qışqırıq səsinə diksindim. Bir də gördüm ki...

Hə, bir də görür ki, həmin nəhəng şir necə deyərlər, göydəndüşmə qurbanını artıq pəncəsinin altına alıb.