Martda 1200ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb


Digərləri 19 Apr 2021 09:41:00 174 0

Martda 1200ə yaxın sahibkar təlimlərdən və məsləhət xidmətlərindən faydalanıb

Bu ilin mart ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri (KOBİM-lər) tərəfindən mikro, kiçik və orta biznes (KOB) subyektləri, startaplar və biznesə başlamaq istəyənlər üçün müxtəlif mövzularda və əsasən onlayn formatda olmaqla 47 təlim təşkil edilib.

KOBİA-dan Son.az-a verilən məlumata görə, vergi, korporativ idarəetmə, rəqəmsal marketinq, satış, maliyyə mənbələrinə çıxış, sığorta, layihələrin və biznes planın hazırlanması və s. istiqamətləri əhatə edən təlimlərdən 1200-ə yaxın sahibkar və biznesə başlamaq istəyənlər yararlanıb. Bunlardan 500-ə yaxını gənclər, 600-ə yaxını isə qadınlardır.

Ötən ay KOBİM-lərin peşəkar ekspertləri tərəfindən 70-ə yaxın sahibkara və biznes assosiasiyalarına müxtəlif istiqamətlər üzrə məsləhət xidmətləri göstərilib.

Ümumilikdə mart ayında KOB subyektləri daha çox biznes planın və layihələrin hazırlanması, büdcə tərtibatı, satış və marketinq üzrə məsləhət və təlim xidmətləri üçün KOBİM-lərə müraciət ediblər.

Mart ayında KOBİM-lərin dəstəyi ilə kino və video çəkiliş studiasının yaradılması, reklam fəaliyyəti, landşaft dizayn xidmətləri, konsaltinq və s. sahələrdə bir sıra yeni sahibkarlıq subyektləri yaradılıb.