Hindistanda koronavirusa yoluxanların sayı 15 milyonu ötüb
Dünya 19 Apr 2021 09:39:00 126 0
Hindistanda ötən sutka ərzində koronavirusa 273 810 yoluxma halı qeydə alınıb.
Son.az Trend-ə istinadən bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 15 061 919 nəfərə çatıb.
Məlumata əsasən, son 24 saat ərzində koronavirusdan 1 619 nəfər ölüb, ölənlərin ümumi sayı 178 769 nəfər təşkil edir.
Bildirilir ki, koronavirusa yoluxanlardan 12 953 821 nəfəri sağalıb, hazırda 1 929 329 nəfərin müalicəsi davam etdirilir.
Mənbə: milli.az