Braziliyada ötən sutka koronavirusdan 1 657 nəfər ölüb


Dünya 19 Apr 2021 09:10:00 216 0

Braziliyada ötən sutka koronavirusdan 1 657 nəfər ölüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 42 980 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 13 943 071 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 657 nəfər ölüb, ölənlərin ümumi sayı 373 335 nəfər təşkil edir.