Kia EV6 modeli barədə ətraflı məlumat verib FOTO


Digərləri 18 Apr 2021 23:01:00 174 0

Kia EV6 modeli barədə ətraflı məlumat verib  FOTO

Kia markasının yeni dalğadan olan ilk elektomobili üzərindəki sirr pərdəsi tamamilə götürülüb. İlkin olaraq avtomobilin dizaynı barədə məlumat verən istehsalçı, bu dəfə daha geniş təfərrüatları açıqlayıb. Kia EV6 modeli E-GMP platformasına əsaslanan kross-hetçbekdir - yəni texniki cəhətdən bu yaxınlarda təqdim olunan Hyundai Ioniq 5 modelinin ən yaxın qohumudur. Lakin EV6 modelinin tamamilə fərqli form-faktoru və nisbətləri var.

Kia EV6 modeli Ceed SW universalından bir qədər böyükdür: onun uzunluğu - 4680 millimetr (+ 80 millimetr), eni - 1880 millimetr (+ 80 millimetr), hündürlüyü isə 1550 millimetr (+ 75 millimetr) təşkil edir. Bununla birlikdə, təkər bazasındakı fərq daha ciddidir - 2650 millimetrə qarşı 2900 millimetr. Bunun sayəsində EV6 modeli daha geniş salona və ikinci cərgədəki hamar döşəməyə malikdir.

Lakin baqaj bölünün həcminə görə EV6 kross-hetçbeki Ceed SW modelinə uduzur: 625 litrə qarşı 520 litr. Arxa sıranın qatlanması halında bu gəstərici 1300 litrə qədər artır. Bundan əlavə, ön tərəfdə başqa bir kiçik baqaj bölməsi var: arxa ötürməli versiyasıda bu bölüm 52 litr, tam ötürməli versiyada isə 20 litr yük götürür. Bundan başqa, 3.6 kilovata qədər gücü olan avadanlıqları qoşmaq və ya başqa bir elektrokarı doldurmaq üçün məişət rozetkası da var.

Elektrokar iki 12,3 düymlük ekrana (cihazlar paneli və mediasistem üçün) və ismarıcları birbaşa yol səthində göstərən "tamamlanmış reallıq" funksiyasına sahib olan proyeksiya displeyinə malikdir. Mərkəzi havalandırma deflektorlarının altında mikroiqlimi, "musiqini" və naviqatoru idarə etmək üçün sensorlu "qaynar" düymələr bloku yerləşdirilib. Bununla belə, mühəndislər iki fırlanan tutacaqları əlavə etməkdən çəkinməyiblər.

EV6 modelində klassik düymələr də qorunub-saxlanılıb. Belə düymələrə sükan çarxında, onun solundakı blokda, habelə  ön paneldən ayrılmış mərkəzi tuneldə rast gəlmək olar. Nəhayət, oturacaqlar son zaman dəbdə olan və təkrar emal edilmiş plastik şüşələrdən hazırlanan materiallarla örtülüb.

Seçim üçün beş modifikasiya təklif olunur. Baza Standart Range versiyası 58 kilovat-saatlıq dartma batareyasına və arxa oxda yerləşdirilmiş 170 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə malikdir. Tam ötürməli versiyada iki elektrik mühərriki ümumilikdə  235 at qüvvəsi və 605 Nm fırlanma anı hasil edir. Dolu batareya ilə belə elektrokar müvafiq olaraq 400 və 380 kilometr məsafə qət edir. Long Range versiyası 77.4 kilovat-saatlıq batareya ilə təchiz olunur. Arxa ötürməli versiyanın mühərriki 228 at qüvvəsi və 350 Nm, tam ötürməli versiyanın mühərrikləri isə 325 at qüvvəsi və 605 Nm fırlanm anı hasil edir. Yürüş məsafəsi müvafiq olaraq 510 və 490 kilometrdir.

Bütün versiyaları daha aqressiv kuzov dəstinə, yenidən tənizmlənmiş şassiyə və fərqli sükan mexanizminə sahib olan GT Line versiyasında sifariş etmək olar. Kia EV6 üç rekuperasiya səviyyəsini və sürəti bir pedalla idarə etməyə imkan verən ən səmərəli i-Pedal rejimini təklif edir.