Misirdə qatar relsdən çıxdı, yüzdən çox yaralı var


Dünya 18 Apr 2021 18:37:20 104 0

Misirdə qatar relsdən çıxdı, yüzdən çox yaralı var

Misirdə Qahirənin şimalındakı Qalyubia əyalətində bir qatarın relsdən çıxması nəticəsində 100-dən çox insan yaralanıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə regionun administrasiyası məlumat verib.

Əl-Ərəbiyyə telekanalının ilkin məlumatında qatar qəzasında səkkiz nəfərin öldüyü və 20-dən çox insanın yaralandığını bildirilmişdi. Qatar Əl-Mansur şəhərindən Qahirəyə yola düşüb.

Sonradan qeyd olunub ki, qəzada 109 vətəndaş xəsarət alıb.

Bölgənin qubernatorluğundan verilən məlumata görə, səkkiz vaqon relsdən çıxıb.