Küsülü qardaşlar dəfn mərasimində barışdılar


Dünya 18 Apr 2021 18:08:00 144 0

Küsülü qardaşlar dəfn mərasimində barışdılar

Ötən gün Böyük Britaniya kraliçası II Yelizavetanın mərhum həyat yoldaşı şahzadə Filip dəfn edilib.

Son.az axşam.az-a istinadən bildirir ki, yas mərsimində Filipin həyat yoldaşı II Yelizaveta ilə yanaşı övladı və nəvələri də iştirak edib.

Dəfndə diqqət çəkən məqamlardan biri də bir müddət əvvəl arvadı Meqan Markl və oğlu Archie ilə sarayadan ayrılan şahzadə Harri idi. Mərasim zamanı onun küsülü olduğu deyilən qardaşı Uilyamla səmimi söhbətlər etməsi müzakirələr yaradıb.

Böyük Britaniya xalqı arasında iki qardaşın barışdığı haqda xəbərlər yayılıb.