Yaponiyada güclü zəlzələ olub


Dünya 18 Apr 2021 12:01:00 145 0

Yaponiyada güclü zəlzələ olub

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi xəbər verib.

Bildirilib ki, zəlzələnin episentri Miyaqi prefekturasında olub. Təkanların ocağı 50 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilib, lakin tektonik zərbədən dərhal sonra xəbərdarlıq geri götürüldü.