Hindistanda koronavirus xəstəxanasında yanğın Ölənlər var


Dünya 18 Apr 2021 11:14:00 127 0

Hindistanda koronavirus xəstəxanasında yanğın  Ölənlər var

Hindistanda koronavirusa yoluxanların müalicə olunduğu xəstəxanada yanğın baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti polisə istinadən bildirib.

Məlumata əsasən, yanğın Raypur şəhərində yerləşən xəstəxanada olub.

Hadisə nəticəsində ən azı dörd nəfər həlak olub.

Bildirilib ki, yanğına səbəb ventilyatorda qısa qapanma olub, bundan sonra alov digər palatalara yayılıb.