Yeni doğulan körpə atalarına məzuniyyət verilsin


Dünya 17 Apr 2021 16:27:00 175 0

Yeni doğulan körpə atalarına məzuniyyət verilsin

Rusiyada yeni doğulan körpə atalarına 10 günlük məzuniyyət verilməsi haqqında qanun layihəsi hökumət tərəfindən rədd edilib.

Son.az Tass-a istinadən xəbər verir ki, hökumətin müvafiq komissiyası bu ideyanı qəbul etməyib. Komissiyada göstəriblər ki, hazırda atalar əmək haqqı saxlanmadan öz hesablarına beş günlük məzuniyyət götürə bilər. Bildirilib ki, belə bir qanunun qəbulu büdcədən əlavə xərclərə və çətinliklərə gətirib çıxara bilər.

Bir qədər əvvəl Dövlət Dumasının deputatı İvan Suxarev də təzə doğulan körpə ataları üçün qısamüddətli məzuniyyət verilməsini təklif etmişdi. Onun sözlərinə görə, bununla atalar doğuşdan çıxan xanımlarına kömək edə bilər.

Kamran Son.az