İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib


Dünya 16 Apr 2021 09:00:00 128 0

İsrail Qəzza zolağında HƏMASın mövqelərinə zərbələr endirib

İsrail ordusunun qırıcı təyyarəli və döyüş helikopterləri Qəzza zolağında HƏMAS-ın mövqelərinə zərbələr endirib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, zərbələr daha əvvəl Qəzza zolağından İsrail ərazisinə raket atılmasına cavab olaraq həyata keçirilib.