Azərbaycanın tanınmış həkimi koronavirusdan vəfat etdi FOTO


Digərləri 15 Apr 2021 16:35:00 147 0

Azərbaycanın tanınmış həkimi koronavirusdan vəfat etdi  FOTO

Tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Efferent terapiya mərkəzinin rəhbəri Mehman Ağayev koronavirus infeksiyasından (COVID-19) vəfat edib.

Mehman Ağayev səkkiz il Səhiyyə Nazirliyinin baş nefroloqu işləyib. 

Qeyd edək ki, M.Ağayev 2010-cu ildə Azərbaycan Pespublikasının "Əməkdar Həkimi" fəxri adına layiq görülüb. 

Azərbaycan Tibb Universiteti M.Ağayevin vəfat etməsi ilə bağlı məlumatı oxu.az-a təsdiqləyib.