Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib


Digərləri 15 Apr 2021 09:57:00 135 0

Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib

Kapital Bank və Amerika Banklar Assosiasiyasının (American Bankers Association) törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade), tərəfindən 13-14 aprel 2021-ci il tarixlərində "Müxbir Bankçılıq" adlı onlayn seminar keçirilib. Tədbir Azərbaycan Respublikası Mərkəzi Bankının dəstəyi ilə təşkil olunub.

Tədbirin əsas proqramı beynəlxalq təcrübəyə əsaslanaraq müxbir bankçılıq münasibətlərinin qurulması və onların dəstəklənməsinə həsr olunub. Bu mövzu regionda ilk dəfə təqdim olunaraq Amerikanın və Avropanın qlobal banklarının mütəxəssislərinin iştirakı ilə keçirilib. Seminarda Azərbaycanda fəaliyyət göstərən 20 yerli kommersiya bankı və xarici bankların nümayəndələrindən ümumilikdə 50 mütəxəssis iştirak edib.

Seminarın açılışına qatılan BAFT-ın prezidenti Tod Burwell və Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Toğrul Əliyev tədbirin beynəlxalq əhəmiyyətini qeyd edib və bu istiqamətdə beynəlxalq əməkdaşlıqları dəstəklədiklərini vurğulayıblar.

Kapital Bank-ın İdarə Heyəti sədrinin birinci müavini Fərid Hüseynov seminarın yerli bankların beynəlxalq səviyyədə müxbir bankçılığın hansı təcrübə ilə həyata keçirilməsini daha geniş öyrənməsinə, həmçinin ölkə bankları üçün bu istiqamətin gücləndirilməsi və potensialın artırılmasına dəstək verəcəyini bildirib.