Zelenski ultimatum verdi


Dünya 13 Apr 2021 16:24:00 134 0

Zelenski ultimatum verdi

Əgər ABŞ və onun müttəfiqləri Ukraynanın NATO-ya gələcəkdə üzv olmasını istəyirlərsə, onlar gərək birbaşa bunun haqqında danışsınlar və Ukraynaya kömək üçün praktiki addımlar atsınlar. Sözlər kifayət deyil.

Son.az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski CNN-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ABŞ Ukrayna üçün yaxşı dostdur, lakin ABŞ Prezidenti Cozef Bayden Rusiya aqressiyasını dayandırmaq yolunda çox şey etməlidir.

O, NATO-ya üzvlüyün Ukraynanın təhlükəsizliyinə zəmanət anlamına gələcəyini bildirib.