VII Art Olimpia Beynəlxalq İncəsənət yarışması keçiriləcək


Digərləri 13 Apr 2021 15:34:00 190 0

VII Art Olimpia Beynəlxalq İncəsənət yarışması keçiriləcək

Azərbaycan Gənclər Ittifaqı və Azərbaycan İncəsənət və Mədəniyyət Birliyinin təşkilatçılığı ilə VII Art Olimpia Beynəlxalq İncəsənət müsabiqəsi keçiriləcək. 30 aprelə kimi ərizələrin və materialların qəbulu baş tutacaq, növbəti 10 maya kimi isə artıq münsiflərin qiymətləndirilməsi başa çatacaq. Yarışma virtual formatda keçiriləcək.

Turnir əvvəlki kimi beynəlxalq statusa malikdir. Müsabiqə solo və duet nominasiyaları üzrə keçirilir. İncəsənət növləri: musiqi (dilli, nəfəs və zərb alətləri), vokal, vizual sənətlər, teatr və bədii qıraət, rəqs, dizayn və modelləşdirmə. Sənətin bütün sahələri xalq, müasir və klassik (akademik) janrlarda təqdim olunur.

"Hər zaman Beynəlxalq müasibəqlər edib, gənclərə dəstək olan təşkilat kimi bildirmək istəyirəm ki, yenə də komandamızla birlikdə işləri davam etdirirk. Müsabiqədə seçimlər hər zaman olduğu kimi tam şəffaf olacaq. Bütün iştirakçılara uğurlar və özlərinə inam diləyirik! " - Azərbaycan İncəsənət və Mədəniyyət Birliyinin sədri, yarışın əsas təşkilatçısı Əziz Əzizov dedi.

Turnir növbəti yaş kateqoriyalarında aparılır: körpə - 7 yaşa qədər, uşaqlar 1 (7-8 yaş), uşaqlar 2 (9-10 yaş), gənclər 1 (11-12 yaş), gənclər 2 (13-15 yaş) və böyüklər ( 16 yaş və yuxarı).

Qeydiyyat üçün əlaqə:

Tel&wp: +99450 250 22 93

[email protected]

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Son.az, Azernews.az