Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır Rəsmi


Dünya 12 Apr 2021 16:24:00 248 0

Ermənistanda süd məhsulları tamamilə saxtalaşdırılır  Rəsmi

Ermənistanda bəzi hallarda süd, xama, pendir kimi məhsullar tamamilə saxtalaşdırılır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin İqtisadi rəqabətin müdafiəsi üzrə dövlət komissiyasının sədri Geqam Gevorkyan deyib.

O bildirib ki, bu sahədə müntəzəm olaraq yoxlamalar aparılır, amma hələ də bəzi hallarda vəziyyət qənaətbəxş deyil.

Onun sözlərinə görə, bundan sonra qəfil yoxlamaların keçirilməsi nəzərdə tutulur.