"Türk PUAlarına qarşı heç bir şey edə bilmərik, ordumuzu darmadağın edərlər"


Dünya 11 Apr 2021 11:56:00 124 0

"Türk PUAlarına qarşı heç bir şey edə bilmərik, ordumuzu darmadağın edərlər"

Yunanlar türk PUA-larına qarşı heç bir şey edə bilməz.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu yunan aparıcı İoannis Theodoratos deyib.

O bildirib ki, türklər PUA texnologiyasında çox ciddi irəliləyiş əldə ediblər:

"Türkiyə uzun müddətdir "Anka" PUA-larından Egey dənizində istifadə edir. Bunlar türklərin uzun qollarını təmsil edir. "Anka"lar bu gün Yunanıstan hava hücumundan müdafiə sistemlərini məhv edən silahdır. Bundan başqa, yunan gəmiləri, şəxsi heyəti, əsasən də Egey və Frakiyadakı qoşunlarımız bu PUA-ların hədəfindədir".