Bizi müharibəyə təhrik edirlər


Dünya 11 Apr 2021 11:21:00 129 0

Bizi müharibəyə təhrik edirlər

Qərb Rusiyanı Ukraynada müharibəyə təhrik edir, lakin Rusiyanın kifayət qədər reaksiya göstərmək üçün yolları var.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski deyib.

"Rusiyanı müharibəyə təhrik edirlər. Qərbdəki strateji dostlarımız Rusiyanın öz nöqteyi-nəzərlərindən bu əsrin dünya sivilizasiyası üçün əsas təhlükə olduğunu təsdiqləməyə ehtiyac duyurlar. Bu təxribat uğurlu olmayacaq. Geosiyasi rəqiblərimizin hər cür təhdidinə cavab vermə qabiliyyətimiz var", - Slutski vurğulayıb.

Son.az