Ötən gün 42 234 nəfərə vaksin vurulub


Digərləri 09 Apr 2021 16:43:00 122 0

Ötən gün 42 234 nəfərə vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus əleyhinə 42 234 nəfərə vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 930, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 304 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 111 722, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 706 433, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 405 289 təşkil edir.