Azərbaycan beynəlxalq nəqliyyat forumunda iştirak edəcək


Digərləri 09 Apr 2021 16:09:00 131 0

Azərbaycan beynəlxalq nəqliyyat forumunda iştirak edəcək

2021-ci il aprelin 27-29-da ABŞ-ın təşəbbüsü ilə "Avrasiyanı birləşdirən forum: ağıllı limanlar və dəmir yolları" adlı tədbir keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, tədbirdə ABŞ, Azərbaycan, Türkiyə və Gürcüstanın müvafiq strukturlarının nümayəndələri iştirak edəcək.

Azərbaycanı forumda "ADY Container"in rəhbəri Natiq Cəfərov, iqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov təmsil edəcək.