Evinə "kubik" alan kişi, "Kamaz"ın altında qalıb öldü


Digərləri 09 Apr 2021 15:49:00 126 0

Evinə "kubik" alan kişi, "Kamaz"ın altında qalıb öldü

Astarada 56 yaşlı kişi yol qəzasında ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə səhər saat 9 radələrində rayonun Marzəsəy kəndində qeydə alınıb. Vüqar Xankişi oğlu Aslanovun idarə etdiyi "KamAZ" markalı avtomobillə Sahil Səfərəli oğlu Vəliyevin evinə mişardaşı aparan zaman bədbəxt hadisə baş verib. Belə ki, dağlıq yolda nəqliyyat vasitəsi idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin yük yerində mişardaşlarının üstündə oturmuş 1965-ci il təvəllüdlü Sahil Vəliyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.