Dünyanın ən gözəl qadınına bənzərliyi ilə sosial şəbəkədə məşhurlaşdı


Şou-biznes 09 Apr 2021 12:34:00 138 0

Dünyanın ən gözəl qadınına bənzərliyi ilə sosial şəbəkədə məşhurlaşdı

https://oxu.az/showbiz/482776

Dünyanın ən gözəl qadını kimi tanınan amerikalı supermodel Bella Hadidin obrazını təkrarlayan gənc qız sosial şəbəkələrdə məşhurlaşıb.

Son.az oxu-az-a istinadən xəbər verir ki, müvafiq video onun "TikTok" hesabında görünüb.

Kadrlarda @ nely__1 ləqəbli istifadəçi B.Hadidin fotosunun onündə əks olunub. Videonun əvvəlində gənc qız əlləri ilə üzünü örtür, kadrarxası səs isə "Özünüzü başqalarının tez-tez müqayisə etdiyi bir məşhurun ​​fonunda göstərin", - deyir. Bundan sonra bloqer əllərini üzündən çəkir.

Paylaşım virus kimi yayılaraq az müddətdə 741 mindən artıq baxış toplayıb. İstifadəçilər qızın modellə bu dərəcədə bənzərliyindən təəccüblərini bildiriblər.

"Yüz faiz oxşarlıq! Şok oldum!", "Daha çox Bella sənə bənzəyir", "Həqiqətən belə olurmu?", "Bellada hər şey sünidir, sənin isə bu görünüşün təbiidir", "Axı bu necə mümkündür", - deyə onlar bildiriblər.