Yerevanda əsgər yaxınları yolları bağlayıb,


Digərləri 09 Apr 2021 11:35:00 106 0

Yerevanda əsgər yaxınları yolları bağlayıb,

Yerevanda müharibə vaxtı itkin düşmüş əsgərlərin yaxınları ötən gündən etibarən Ermənistan Müdafiə Nazirliyinin binasını mühasirəyə alıb.

Son.az Trend-ə istinadən bildirir ki, etirazçılar nazirliyə gedən bütün yolları bağlayıb.

Onlar Qarabağ müharibəsində itkin düşənlərlə bağlı rəsmilərdən cavablar tələb edirlər.

Qeyd olunur ki, nazirliyin qarşısında etirazçıların toplaşması ilə əlaqədar baş qərargah rəisi Artak Davtyan ərazini helikopterlə tərk etməli olub.

Aksiyaçılar cavab alana qədər bölgəni tərk etməyəcəklərini bildiriblər.