ABŞda atışma baş verib, ölən və yaralananlar var


Dünya 09 Apr 2021 07:55:00 119 0

ABŞda atışma baş verib, ölən və yaralananlar var

ABŞ-ın Brayan şəhərində (Texas ştatı) atışma baş verib.

Trend-in "CBS" teleşirkətinə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, azı 4 nəfər isə yaralanıb. Yaralananlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağırdır.

Bildirilir ki, atışmanın səbəbi məlum deyil, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.