Qusarda Zöhrəyə vurulan 23 yaşlı dahi: 4 il sonra onu dueldə öldürəcəkdilər –


Digərləri 08 Apr 2021 21:26:00 126 0

Qusarda Zöhrəyə vurulan 23 yaşlı dahi: 4 il sonra onu dueldə öldürəcəkdilər –

Son.az lent.az-a istinadən Lamiyə Məmmədova və Səbuhi Məmmədlinin yazısını təqdim edir.

Fəxrəddin Musayev küçəsi, 17.

İndi belə adlanır bu küçə.

Amma nə az, nə çox, düz 184 il bundan əvvəl Qusarın indiki bu küçəsinin yerində başqa bir küçə yerləşirdi. Yox, nə küçə. Küçə vardımı həmin vaxt. Heç Qusar belə yox idi. Sadəcə bir kənd. Amma bu kəndin bu yerini "Zabitlər məhəlləsi" adlandırırdılar o vaxt. Hə, bir adı da "Zadəganlar məhəlləsi" idi.

Çar Rusiyasının Qafqazlardakı yerləşdirdiyi əsgər və zabitlər, onların ailələri yaşayırdı bu məhəllələrdə, bu yerdə. Onlardan biri də Aleksandr Aleksandroviç Marşev idi...

***

San Sanıç hərbi həkim idi. Uzaq Peterburqdan ailəsi ilə bura göndərilmişdi. Necə deyərlər, çar ataya, Birinci Nikolaya vəzifə borcunu yerinə yetirmək üçün burdaydı. Və bir gün...

Hə,  1837-ci ilin bir payız günü onun qapısını döyürlər. Elə bu qapını.

Qarşısında 23 yaşlı bir gənci görür həkim. Və...

Və andaca tanıyır. Odur, "Şairin ölümü"nü yazan şair -Mixail Lermontov...

Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev

***

Fəxrəddin Musayev küçəsi, 17.

Bu evin qapısını döysək də, heç kim açmadı. Yoldan ötənlərdən soraqlasaq da, qane edici cavab ala bilmədik.

- Heç kim yaşamır burda. Şəxsi evdir. Muzey deyil. Barelyef? Hə burda yaşayıb bir müddət şair. Ona görə barelyefi vurulub.

"Salamlayıram səni, ağsaçlı Qafqaz". Və belə yazılıb barelyefin altında...   

Buranı Qusarda hamı şairin evi kimi tanıyır. Bir müddət burda yaşayıb Mixail Lermontov. Yuxarıda dedik , həkim Marşevin ailəsi ilə. Onun Puşkinə həsr etdiyi "Şairin ölümü" poeması, Nikolayın qəzəbinə səbəb olmuşdu. 23 yaşlı Mixail Qafqazla sürgün olunmuşdu. Peterburqdan Qafqazla, imperiyanın ucqarlarına gəlib çıxmışdı.

Qusar, görkəmli rus şairi Mixail Yuryeviç Lermontovun yaşadığı ev  

Əvvəl Tiflisə, ordan Şəkiyə, Şamaxıya və Qubaya. Və elə bir vaxtda ki  Hacı Məhəmmədin Nikolaya qarşı qaldırdığı məşhur Quba üsyanı təzə yatırılmışdı. Üsyankar şair bəlkə də elə buna görə vurulmuşdu bu yerlərə