Keçmiş arvadının intim fotolarını paylaşdı Sumqayıtda şantaj olayı


Digərləri 08 Apr 2021 14:54:00 131 0

Keçmiş arvadının intim fotolarını paylaşdı  Sumqayıtda şantaj olayı

Sumqayıt şəhərində 1984-cü il təvəllüdlü Vidadi keçmiş arvadı Səbinəni (adlar şərti verilib - red.) intim görüntüləri ilə şantaj edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki,  Vidadi əvvəllər faktiki olaraq ər-arvad münasibətlərində olduğu Səbinə ilə 2018-ci ilin iyununda sonuncu Türkiyə Respublikasında olduğu vaxt "İnstagram" sosial şəbəkəsi vasitəsi ilə əlaqə yaradıb. O, Səbinəyə birgə olduqları zaman çəkdirdikləri və şəxsi həyatın sirri olan məlumatları əks etdirən fotoşəkillər göndərib.

Vidadi həmin fotoşəkilləri keçmiş arvadının qohumlarına göstərərək yayıb rüsvay etməklə onu hədələyib və Səbindən 1350 manat pul göndərməsini tələb edib. Səbinə rüsvay olmamaq üçün onun tələbini qismən icra edib və bacısı vasitəsilə keçmiş ərinə 800 manat verib.

Vidadi hədə-qorxu ilə Səbinənin 800 manat məbləğində pulunu ələ keçirdikdən sonra yenə də əməlinə davam edib. Səbinə onun hədə-qorxularına qarşılıq verməyib.

Bundan sonra Səbinənin bacısı Vidadinin barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.

Vidadi Səbinənin bacısının hüquq-mühafizə orqanlarına şikayət ərizəsi verməsi ilə əlaqədar Səbinəni rüsvay etməklə qisas almaq məqsədi ilə "İnstagram" sosial şəbəkəsində özünün istifadəsində olmuş və 1000 nəfər tərəfindən izlənilən profilində birgə olduqları zaman müxtəlif yerlərdə və vaxtlarda çəkdirdikləri məlumatları paylaşıb.

İstintaq orqanı tərəfindən Vidadinin barəsində Cinayət Məcəlləsinin 156.1-ci (şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması) və 182.1-ci (hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vidadi bildirib ki, əvvəllər ər-arvad münasibətlərində olduğu Səbinə ilə birgə olduqları zaman çəkdirdikləri və şəxsi həyatın sirri olan məlumatları əks etdirən fotoşəkilləri paylaşmaqda məqsədi olub: "Məqsədim Səbinənin həmin şəkilləri "İnstagram"da görərək narahatlıq keçirməsi, mənimlə əlaqə yaradaraq pulumu geri qaytarmasına nail olmaq idi. Həmin şəkillərdə üzümü qaraltmağım ailəli olmağım ilə əlaqədar idi.

Şəkilləri təxminən 1300-1500 nəfər izləyicisi olan açıq profildə paylaşmışam. Dəqiq neçə nəfərin həmin şəkilləri gördüyünü bilmirəm.

Səbinədən məndən aldığı 10000 ABŞ dollarını qaytarmasını tələb etmişəm. Həmin pulları mənə qaytarmaq istəmədiyinə görə başqa yolum olmadığını gördüm. Səbinənin mənimlə birlikdə yaxın münasibətdə olduqları vaxt çəkdirdikləri şəkilləri sosial şəbəkələrdə yaymaqla və qohumlarına göndərməklə hədələdim. Səbinə mənə bacısı vasitəsi ilə cəmi 800 manat məbləğində pul versə də, qalan pulunu qaytarmadı".