Rusiya İranın Xəzərin statusu ilə bağlı sənədi ratifikasiya edəcəyini gözləyir


Digərləri 08 Apr 2021 13:11:00 159 0

Rusiya İranın Xəzərin statusu ilə bağlı sənədi ratifikasiya edəcəyini gözləyir

Rusiya İranın tezliklə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanı ratifikasiya edəcəyini gözləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın baş nazir müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, o zaman bu vacib konvensiya qüvvəyə minəcək və Xəzər dənizində qarşılıqlı əməkdaşlığın əsasını möhkəmləndirəcək.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində imzalanıb.