Koronavirusa yoluxan Aytən Səfərovanın vəziyyəti pisləşdi


Şou-biznes 08 Apr 2021 12:11:00 154 0

Koronavirusa yoluxan Aytən Səfərovanın vəziyyəti pisləşdi

Teleaparıcı Aytən Səfərova xəstəxanaya yerləşdirilib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan aparıcı müalicəsini "Yeni klinika" tibb müəssisəsində davam etdirir.

Hərarəti 39 dərəcəyə qədər yüksələn aparıcının səhhətində irəliləyiş olmadığı üçün aprelin 5-də klinikaya yerləşdirilib.

Qeyd edək ki, A. Səfərova bir müddət əvvəl "Instagram" hesabında paylaşım edərək koronavirusun müalicəsi üçün dərmanların baha olmasından şikayətlənmişdi.