Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşəlik olub Firdovsi Əliyev FOTO


Digərləri 07 Apr 2021 16:23:00 115 0

Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşəlik olub  Firdovsi Əliyev  FOTO

Zəngilanda ağac əkilən ərazilər vaxtilə sıx meşəlik olub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Nazir müavini deyib ki, işğaldan sonra bu yerlər ekoloji terrora məruz qalıb:

"Jurnalistləri Zəngilana gətirməkdə məqsədimiz odur ki, erməni vandallarının məhv etdiyi meşələrimizi və ekoloji terroru sizlərə göstərməkdir. İlkin araşdırmalara görə, işğala qədər 228 min hektara qədər ərazi meşə ilə örtülü olub. Onun 54 min hektarı məhv edilib. Monitorinqlər davam etdikcə onların məhv etdiyi ərazilərin miqyası daha çox olacaq".