Peskov "İsgəndər"dən danışdı Heç nə bilmirəm


Digərləri 07 Apr 2021 15:42:49 132 0

Peskov "İsgəndər"dən danışdı  Heç nə bilmirəm

"Kreml əvvəlki tək azərbaycanlı hərbçilər tərəfindən Qarabağda aşkar olunan "İsgəndər" operativ-taktiki raket kompleksləri barədə hər hansı bir informasiyaya malik deyil".

Son.az İnterfaks-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov səsləndirib:

"Raket barədə heç nə deyə bilmərəm, hər hansı bir informasiyaya malik deyiləm", - deyə Peskov Azərbaycandan daxil olan informasiyaları şərh etmək barədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Kamran Son.az