Teleaparıcı nazirlikdə şöbə müdiri təyin olundu


Digərləri 07 Apr 2021 15:19:00 152 0

Teleaparıcı nazirlikdə şöbə müdiri təyin olundu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni kadr təyinatı olub.

Son.az modern.az-a istinadən xəbər verir ki, bu barədə nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdül-Qədirov əmr imzalayıb.

Əmrə əsasən, Tural Qurbanov Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, T.Qurbanov bundan əvvəl Azərbaycan Televiziyasında (AzTV) çalışıb.