Meksikada iki avtobus toqquşub, 10dan çox ölən var


Dünya 06 Apr 2021 21:53:00 120 0

Meksikada iki avtobus toqquşub, 10dan çox ölən var

Meksikanın Sonora ştatında iki avtobusun toqquşması nəticəsində ən az 13 nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində regionun Səhiyyə İdarəsinin rəhbəri Enrike Klausen bildirib.

Onun sözlərinə görə, hadisə Kaborka ilə Sonoyota şəhərlər arasındakı yolda baş verib.

Qəza yerinə xilasedicilər və bir neçə təcili yardım briqadası gəlib. Bir neçə yaralanan şəxs xəstəxanaya çatdırılıb.