Ən məhsuldar “Android” smartfonları məlum olub


Digərləri 06 Apr 2021 20:45:00 126 0

Ən məhsuldar “Android” smartfonları məlum olub

2021-ci ilin mart ayının nəticəsinə görə, "Xiaomi Black Shark 4 Pro" smartfonu "Android" mobil əməliyyat sisteminin idarəetməsi altında işləyən ən məhsuldar cihaz elan edilib. Növbəti reytinq populyar "AnTuTu" resursu tərəfindən dərc edilib.

Son.az ictnews.az-a istinadən bildirir ki, 742 min bal toplamış "Oppo Find X3 Pro" smartfonu ikinci, "Nubia Red Magic 6 Pro" cihazı isə üçüncü olub.

İlk dəfə olaraq ilk on yeri "Qualcomm" şirkətinin "Snapdragon 888" prosessoru ilə təchiz edilmiş smartfonlar tutub.