Əmanətlərlə bağlı yeni qanun əmanətçilər üçün bir çox üstünlük yaradır


Digərləri 05 Apr 2021 16:30:00 110 0

Əmanətlərlə bağlı yeni qanun əmanətçilər üçün bir çox üstünlük yaradır

Aprelin 5-dən etibarən "Əmanətlərin tam sığortalanması haqqında" qanun qüvvədən düşür və bundan sonra banklarda əmanətlərin sığortalanması "Əmanətlərin sığortalanması haqqında" qanunla tənzimlənəcək. Bu gündən qüvvəyə minən qanun əmanətçilər üçün hansı imkanları yaradacaq? Bu barədə suallarımızı "Unibank" KB-nin Baş Hüquq və Komplayens inzibatçısı Əfqan Baxışov cavablandırıb.

- Əfqan müəllim, "Əmanətlərin sığortalanması haqqında" qanun əmanətçilər üçün hansı üstünlükləri yaradır?

Azərbaycanda "Əmanətlərin sığortalanması haqqında" Qanun 2006-cı ildə qəbul olunub. Təbii ki, əsas məqsəd maliyyə sisteminə inamı gücləndirmək, insanların pullarını evdə saxlamayaraq, banklar vasitəsilə iqtisadiyyata yatırmalarına stimul yaratmaq idi. Həm də insanlar əmin olsunlar ki, onların bankda olan vəsaitlərinə dövlət təminat verir. 2016-cı ilin 2 mart tarixində qüvvəyə minən "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun 3-cü maddəsinə əsasən isə 5 aprel 2021-ci il tarixədək banklardakı milli və xarici valyutada müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq sığortalanırdı. Bu, təbii ki müvəqqəti bir qanun idi. 5 aprel tarixindən etibarən isə sözügedən qanun qüvvədən düşmüş sayılır və əmanətlərin sığortalanması "Əmanətlərin sığortalanması haqqında" Qanunla tənzimlənir. "Əmanətlərin sığortalanması haqqında" Qanuna edilmiş dəyişikliklərə əsasən 5 aprel 2021-ci il tarixindən sonra sığortalanan əmanətlərin həcmi 100 min manat həcmində olacaq. Qanuna edilən çox vacib və əhəmiyyətli dəyişikliklərdən ikincisi, sahibkarların əmanətlərinin sığortalanması ilə bağlıdır. Azərbaycanda ilk dəfə olaraq sahibkarların da əmanətinin sığortalanması baş verdi. Bu dəyişiklik fərdi sahibkarların banklarda olan vəsaitlərinin  20 min manata qədər hissəsinin sığortalanmasını nəzərdə tutur. Üçüncü ciddi dəyişiklik fiziki şəxslərin notariusların depozit hesabında olan vəsaitlərinin sığortalanması ilə bağlıdır. Əmlakın alqı- satqısını aparanda mütləq şəkildə notariusun depozit hesabına pul yerləşdiririk. Notariusların depozit hesabı banklarda olmalıdır. Bank ləğv olunduğu halda, vəsait qoruma altında olmadığından (notariusun depozit hesabı qorumaya düşmürdü) vətəndaşların pullarının qaytarılmasında problemlər yaranırdı. Bu problemi aradan qaldırmaq üçün Qanuna edilən dəyişiklik artıq notariusların hesabında olan fiziki şəxslərin vəsaitinin də sığortalanmasını təmin etdi.

- Dəyişikliklərə əsasən, qorunan əmanətin yuxarı həcminin məhz 100.000 manat müəyyənləşdirilməsi nə ilə bağlıdır?

Statistika göstərir ki, banklarda bu gün olan əmanətçilərin sayının demək olar ki, 99%-dən çoxu 100.000 manatadək əmanəti olan şəxslərdir. Əslində bu limiti müəyyən etməklə, dövlət əmanətçilərin böyük əksəriyyətini yenə də sığortaladı. 100 min manatdan çox əmanəti olanlara gəlincə, banka əmanət yerləşdirən zaman onların bankların, şəraitin qiymətləndirilməsini həyata keçirmək üçün daha böyük imkanları var. Digər tərəfdən yüksək məbləğdə depozit qoymaq istəyən şəxslər Azərbaycan reallığında bir çox hallarda tanıdığı, etibar etdiyi şəxsin bankda olmasına da önəm verir. Bu kimi amillər o insanlar üçün riskini də tənzimləməyə imkan verir.

- Əmanət hesabı açmaq istəyən vətəndaş etibarlı bankı necə seçməlidir?