Bakıda lift quraşdırılan yerüstü piyada keçidi inşa edilib​


Digərləri 01 Apr 2021 11:04:00 115 0

Bakıda lift quraşdırılan yerüstü piyada keçidi inşa edilib​

Bakıda Qala-Pirallahı avtomobil yolunun 3.6-cı km-də yeni yerüstü piyada keçidi inşa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, sözügedən ərazidə, avtobus dayanacağı, bundan başqa yolun hər iki tərəfində yaşayış massivi və orta məktəb mövcuddur. Bu üzdən keçid yolun sağ və sol tərəflərinə maneəsiz, təhlükəsiz piyada gedişini təmin edir.

Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76.7 metr, daxili hündürlüyü 3 metr, keçidaltı qabariti 5.5 metrdir. Piyada keçidi 2 giriş-çıxışdan ibarətdir və fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün burda 2 lift quraşdırılıb.